2012-ci ildən etibarən mühərrikinin həcmi 65 və 85 kubsantimetr olan siniflərə aid maşınlarda motokross üzrə Avropa çempionatının keçirilməsi formatı dəyişdiriləcək. Bu mənada Avropa 4 regiona bölünüb. Siasport.az saytı xəbər verir ki, hər bir regionda aprel-iyul aylarında çempionatın 3-6 mərhələsi keçiriləcək. Ərazi üzrə bölgü sponsor-valideynlərin yol xərclərini azaltmalı və uşaqların daha az dərs buraxmalarına kömək etməlidir. Gənc TOP-10 motoyürüşçü finala çıxacaq. Final yarışı motokross üzrə dünya çempionatı mərhələsi (MX1/MX2 Böyük Britaniya Qran-prisi) çərçivəsində keçiriləcək.
Cənub-şərq zonasına Azərbaycan, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Makedoniya, Yunanıstan, Macarıstan, İsrail, Qazaxıstan, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya və Türkiyə aid edilib. Əlaqələndirici - BMF-in və Balkan Motosikletçilər İttifaqının prezidenti Boqdan Nikolov. Şimal-şərq zonasına Rusiya,Ukrayna , Belarus , Polşa, Latviya, Litva, Estoniya, Çexiya, Finlandiya və Slovakiya aid edilib. Əlaqələndirici - Avropa Motosiklet İdmanı Federasiyasının (UEM) vitse-prezidenti Nina Biryukov. Şimal-qərb və cənub-qərb divizionları ən güclü divizionlardır.
Şimal-qərb divizionuna Almaniya, Belçika, Niderland, Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, Danimarka, İslandiya aid edilib. Əlaqələndirici – UEM-in Motokross üzrə Komissiyasının sədr müavini Piter Hansen. Cənub-qərb divizionuna İtaliya, Fransa, İspaniya,Andorra , Lixtenşteyn , Malta , Monako, Portuqaliya , San Marino və İsveçrə aid edilib. Əlaqələndirici - İtaliyanın Motosikletçilər Federasiyasının (FMI) prezidenti Paolo Sesti.
Bildirib ki, emx65 və emx85 yarışlarında iştirak etmək üçün başlanğıc üzvlük haqqı hər mərhələ üçün 100 avro olacaq və bu məbləğ yarışların təşkilatçılarının maliyyə risklərini azaltmağa sərf ediləcək.
Cənub-şərq zonasına Azərbaycan, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Makedoniya, Yunanıstan, Macarıstan, İsrail, Qazaxıstan, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya və Türkiyə aid edilib. Əlaqələndirici - BMF-in və Balkan Motosikletçilər İttifaqının prezidenti Boqdan Nikolov. Şimal-şərq zonasına Rusiya,
Şimal-qərb divizionuna Almaniya, Belçika, Niderland, Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, Danimarka, İslandiya aid edilib. Əlaqələndirici – UEM-in Motokross üzrə Komissiyasının sədr müavini Piter Hansen. Cənub-qərb divizionuna İtaliya, Fransa, İspaniya,
Bildirib ki, emx65 və emx85 yarışlarında iştirak etmək üçün başlanğıc üzvlük haqqı hər mərhələ üçün 100 avro olacaq və bu məbləğ yarışların təşkilatçılarının maliyyə risklərini azaltmağa sərf ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB