"İnter"də yeni qapıçı peyd oldu

"İnter"də yeni qapıçı peyd oldu

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" növbəti məşqlərini keçirib. Siasport.az saytı xəbər verir ki, axşam keçirilən məşq maraqlı hadisə ilə yadda qalıb. Belə ki, komandanın yarımmüdafiəçisi Petar Zlatinov özünü başqa ampluada sınamaq qərarına gəlib. Bolqarıstanlı futbolçu əlcək geyinərək qapıda durub.

Bir neçə zərbəni məharətlə qaytaran Petar komanda yoldaşlarının alqışlarını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə