Nataliya Mustafayeva Dünya Kubokunun III mərhələsində mübarizəyə başlayır

Nataliya Mustafayeva Dünya Kubokunun III mərhələsində mübarizəyə başlayır

Bu gün İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. Siasport.az saytı xəbər verir ki, üç gün davam edəcək nüfuzlu turnirə 50-dən çox ölkə qatılacaq.


Dünya Kubokunun sonuncu mərhələsində Azərbaycanı bir idmançı təmsil edəcək. Bu, Nataliya Mustafayevadır. Mustafayeva qadınların mübarizəsində 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Həmin qayıq tipində 25 avarçəkən çıxış edəcək.


Qeyd edək ki, Nataliya Mustafayeva 17 - 19 iyunda Almaniyanın Hamburq şəhərində təşkil olunmuş Dünya Kubokunun II mərhələsində əsas finaladək irəliləməyi bacarıb. Həlledici yürüşdə isə o, 6-cı yeri tutub. 27 - 29 mayda Almaniyanın Hamburq şəhərində baş tutmuş Dünya Kubokunun I mərhələsində isə Mustafayeva 11-ci yerlə kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə