Sona Əhmədli: \"Yüz faiz deyə bilmərəm ki, qızıl medal qazana bilərəm\"-AÇIQLAMA

"Artıq 8 aydır ki, zədəyə görə döşək üzərinə çıxmıram. Əməliyyat olunmuşam". Siasport.az saytı xəbər verir ki, bu sözləri qadın güləşi üzrə Azərbaycan yığma komandasının üzvü Sona Əhmədli deyib. O, məşqlərə bir ay yarım öncə başladığını qeyd edib. İdmançı hazırki hazırlığından da danışıb: "Deməzdim ki, tam formadayam, amma çalışıram. Əsas məqsədlərimdən bir də dünya çempionatına hazırlaşmaqdır. "Qızıl Qran Pri" turnirinə çıxmağım isə sual altındadır. Arzum birinci olmaqdır, amma tam formada olmadığıma görə, bəlkə də buna nail ola bilmərəm. Amma məşqçilərin məsləhəti ilə dünya çempionatında öncə start yarış kimi bu turnirə bəlkə çıxdım. Özümdə güc hiss edirəm, amma yüz faiz deyə bilmərəm ki, qızıl medal qazana bilərəm".


Bütün xəbərlər Facebook səhifəmizdə