"Mançester Yunayted" "böyük qumar" oynayır?

İngiltərənin "Çelsi" futbol klubunun qapıçısı Piter Çex, İngiltərə futbolunda səs-küy yaradacaq açıqlama ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, çexiyalı qapıçı, hazırkı İngiltərə çempionu "Mançester Yunayted"in İspaniyanın "Atletiko Madrid" futbol klubundan transfer etdiyi 20 yaşlı həmkarı David De Geanı almaqla "böyük qumar oynadığını" dilə gətirib. İngilis mətbuatına açıqlama verən "zadəganlar"ın qolkiperi, "Mançester Yunayted" kimi nəhəng klubun bele risqə yol verməsinin başadüşülən olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...