Andrey Arşavin Şərq musiqisinin sədaları altında rəqs etdi

Andrey Arşavin Şərq musiqisinin sədaları altında rəqs etdi

Məşhur futbolçu, Rusiya yığma komandasının kapitanı Andrey Arşavin həyat yoldaşı Yuliya ilə Azərbaycanda istirahətdə olduğu zaman yerli toyların birində qonaq qismində iştrak edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Arşavin "Mən ümumiyyətlə rəqs etməyi sevmirəm, heç bacarmıramda, gəlin və bəyin xahişi, təkidi ilə demək olar ki, mən rəqs etməyə məcbur oldum. Amma etiraf edim ki, mən çox xoş bir gün keçirdim" deyib.

Bakıda bir neçə gün qalan futbolçu \"Bakı mənim çox xoşuma gəldi, o Şərq və Qərbi özündə birləşdirən gözəl şəhərdir" deyə bildirib. Eyni zamanda Arsenalın yarımmüdafiəçisi Arşavin Azərbaycanda olduğu zaman Qəbələdəki "Yeddi gözəl" şəlaləsini də ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə