Azarkeşlər Roberto Karlosa sahib çıxdılar!

Azarkeşlər Roberto Karlosa sahib çıxdılar!
Məşhur braziliyalı futbolçu, hazırda Mahaçqalanın "Anji" futbol klubunda çıxış edən Roberto Karlosun əhval-ruhuyyəsi deyəsən düzəlməyə başalyıb. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl keçirilən qarşılaşma zamanı rəqib komandanın bir qrup azarkeşi məşhur futbolçunun üzərinə banan ataraq onu təhqir etmişdilər. Baş verənlərdən bərk qəzəblənən və təəsüf hissi keçirən R.Karlos, həmin an həttda göz yaşlarına belə hakim ola bilməmişdi. Bu hadisədən sonra "Anji" klubunun minlərlə azarkeşi "Real"ın əfsanələrindən sayılan R.Karlosa məktub yollayaraq onunla həmrəy olduqlarını, heç bir zaman onu tək buraxmayacaqlarını bildiriblər. Azarkeşlərin bu sevgisindən əhval-ruhuyyəsi olduqca yaxışalaşan futbol ulduzu isə, onlara öz minnətdarlığını klubun rəsmi saytı vasitəsi ilə çatıdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə