1948-ci il Olimpiya Oyunlarının iştirakçılarına London oyunlarına pulsuz biletlər veriləcək
1948-ci il Olimpiadasında Böyük Britaniyanı təmsil etmiş bütün idmançılara 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarına pulsuz biletlər veriləcək. Siasport.az saytı xəbər verir ki, London Olimpiya Oyunları Təşkilat Komitəsinin rəsmi nümayəndəsi bildirib ki, hazırda yaşayan, müharibədən sonrakı olimpiyaçıların hər birinə iki bilet veriləcək. Biletlər onların vaxtilə Britaniya bayrağı altında çıxış etdikləri idman yarışlarına olacaq. Bununla təşkilat komitəsi veteranlara ehtiramını bildirib, onların nailiyyətlərini vurğulamaq niyyətindədir.
Bundan əlavə, 1948-ci ilin olimpiyaçılarına oyunların estafetində iştirak etmək imkanı veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB