"Bakı" klubu 2 yeni futbolçu transfer etdi

"Bakı" klubu 2 yeni futbolçu transfer etdi

"Bakı" futbol klubu heyəti gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Siasport.az saytı xəbər verir ki, klub yeni transferlər reallaşdırıb. "Bakı" milli komandamızın üzvu Elvin Məmmədovla 1, 21 yaşlılardan ibarət milli komandamızın üzvü Novruz Məmmədovla isə 2 illik müqavilə imzalayıb.


Yeni futbolçular "Bakı" klubuna keçidlə bağlı fikirlərini bildiriblər:


Novruz Məmmədov: Gələn il Avrokuboklarda oynamaq istəyirəm". "Bakı"ya trasfer olduğuma görə çox şadam. Komandanın məşqçilər korpusu oyunlarımı izləyib, məni bəyəniblər. Bundan sonra "Bakı" klubundan təklif aldım. Məni bura böyük ümidlərlə gəltiriblər və inanıram ki, ümidləri doğruldacağam.


"Bakı"da əsas məqsədim heyətdə möhkəmlənib A milli komandada oynamaqdır. Gələn il isə Azərbaycan çempionu olmaq və avrokuboklarda oynamaq istəyirəm. İndiyədək avrokuboklarda oynamaq qismət olmayıb, gələn il yeni klubumla istəyimə çatmaq arzusundayam.


Elvin Məmmədov: "Bakı" mənim üçün doğma komandadır". Yeni klubum haqqında məlumatım çoxdur. Bilirəm ki, burada gələcəyin komandası yaradılır. "Bakı" klubuna gəlməkdə əsas məqsədim əvvəlki formamı bərpa edib, yeni klubuma bacardığım qədər xeyr vermək və qarşıdan gələn oyunlarda milli komandamıza köməklik göstərməkdir. Arzu edirəm ki, gələcək mövsümü uğurla bitirib avrokuboklarda Azərbaycanı layiqincə təmsil edək.


"Bakı" mənim üçün doğma komandadır. Heyətə uyğunlaşmaq yəqin ki, çətin olmayacaq. Komandada çox futbolçularla yaxından tanışam və inanıram ki, adaptasiya dövrünü tez bir zamanda başa vuracam.

Bütün xəbərlər Facebook səhifəmizdə