İtaliyanın \"Latsio\" futbol klubunun uruqvaylı qolkiperi Fernando Muslera futbol həyatını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, \"Latsio\" futbol klubu uruqvaylı qolkiperin yerinə italiyalı Marçettini əsas qapıçı seçdikdən sonra, klub rəhbərliyi D.Musleraya da özünə yebi klub tapması ilə bağlı xəbər yollayıb. Neçə müddətdir ki, İstanbulun \"Qalatasaray\" futbol klubunun da transfer gündəmində olan F.Musleraya İngiltərə Premyer Liqasının əsas klublarından sayılan \"Fulhem\" \"müştəri\" çıxıb. Belə ki, keçən mövsümdən bəri qapıçı sarıdan üzü gülməyən ingilis klubu uruqvaylı qolkiperi transfer etməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB