İyunun 10-dan etibarən Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Neftçi" PFK hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, flaqmanın UEFA Çempionlar Liqasına hazırlığı Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Belə ki, qardaş ölkənin ən tanınmış informasiya agentliklərindən biri olan "İhlas" (İHA) komandamızın düşərgəsinə baş çəkib. "İhlas"ın əməkdaşları "Neftçi"nin məşqini izləyiblər. Onlar flaqmanın baş məşqçisi Arif Əsədov, eləcə də oyunçulardan müsahibə götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB