İstanbulun "Qalatasaray" futbol klubu, yeni mövsümdə heyətini gücləndirmək üçün güclü futbolçular axtarmaqda davam edir. Siasport.az saytı xəbər verir ki, son vaxtlar Didye Droqba, Fernando Reyes, Muslera və Luiş Fabiyano kimi futbolçuları transfer etməyə çalışan "cim bom", indi də İngiltərənin "Arsenal" futbol klubunun 22 yaşlı meksikalı futbolçusu Karlos Velanı da transfer siyahısına daxil edib. Kulubun vitse prezidenti Alı Dürüst, bir sıra futbol ulduzlarının "Beşiktaş"a transfer olunmasında rol oynayan məşhur menecer Jorge Mendeslə görüşərək, ondan "Arsenal" rəhbərliyi ilə bu məsələnin həll olunmasında vasitəçi olmasını xahiş edib. Artıq J.Mendesin işə qarışması öz bəhrəsini verməyə başlayıb. Belə ki, bu gün məlum olub ki, J.Mendes, meksikalı futbolçunun transferi üçün 5 milyon avro tələb edən "topçular"la görüşərək, qiymət həcmini 3,5 milyon avroya qədər endirə bilib və tərəflər "Qalatasaray" prezidenti Ünal Aysalın müsbət cavabından sonra artıq futbolçunun transferi üçün danışıqlara başlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB