"Bakı" "Domjale", "Dinamo" Zaqreb və "Orduspor"la qarşılaşacaq

"Bakı" "Domjale", "Dinamo" Zaqreb və "Orduspor"la qarşılaşacaq
28 iyun-10 iyul tarixlərndə Sloveniyada təlim-məşq toplanışı keçirəcək "Bakı" klubunun 3 yoldaşlıq oyunu planlaşdırdığı barədə xəbər vermişdik. Siasport.az saytı xəbər verir ki, artıq komandanın rəqibləri məlum olub."Bakı" İlk yoldaşlıq oyununda iyul ayının ikisində Sloveniyanın vitse-çempionu NK "Domjale" (NK "Domzale") klubu ilə qarşılaşacaq. "Domjale" son Sloveniya çempionatını ikinci yerdə başa vurmaqla bərabər, həm də ölkə kubokunun qalibidir.5 iyulda keçiriləcək ikinci yoldaşlıq oyununda rəqib çempionlar liqasının iştirakçısı, qızıl dublun sahibi olacaq. Bu, Xorvatiya çempionu və kubokunun qalibi "Dinamo" Zaqreb klubudur .Son oyun isə iyulun 9-da baş tutacaq. Bu qarşılaşmada sparrinq-rəqib Türkiyə Superliqasına vəsiqə qazanan "Orduspor" kollektividir.Qeyd edək ki, komandanın sabiq müdafiəçisi Gürşat Duymuş, məhz, bu klubda forma geyinir.Komandanın üzvləri mövsüm sonrası fasilədən iyun ayının 23-də qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə