Flavinyo: "Qarşıda bizi çətin oyunlar gözləyir"

Flavinyo: "Qarşıda bizi çətin oyunlar gözləyir"
Türkiyədə gündə 2 dəfə məşq keçməklə Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" PFK-nın yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlama verib. Siasport.az saytı xəbər verir ki, braziliyalı futbolçunun fikirləri belə olub: "Çempionlar Liqasına hazırlığımız yüksək səviyyədə keçir. Bilirik ki, qarşıda bizi çətin oyunlar gözləyir. Uşaqlar var gücləri ilə məşq edirlər. Bu turnirdə özümüzü yalnız yaxşı tərəfdən göstərmək əzmindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə