\"Qarabağ\" klubu leysana düşdü-FOTOSESSİYA

\"Qarabağ\" klubu leysana düşdü-FOTOSESSİYA
\"Qarabağ\" klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, ilk gündən etibarən yüksək tempdə çalışan futbolçuların əzmi texniki heyəti sevindirir. 12 futbolçuyla çalışmaq məcburiyyəti futbolçuların daha da yüklənməsinə səbəb olur. Çoxu gənc olan futbolçular tempə uyğunlaşmağa çalışırlar. Şənbə günü axşam baş tutan çalışma ənənəvi olaraq leysanla müşayiət olunub. Buna baxmayaraq, 90 dəqiqə məşq edən heyət üzvləri fiziki yüklənmələrə məruz qalsalar da sona qədər mübarizə aparıblar. Məşqin sonunda 2 toxunuşla futbol baş tutub. 2 gün bundan öncə cavanlar sonda baş məşqçi Qurban Qurbanovun köməkliyi ilə qələbə qazanmışdılarsa, bu dəfə təcrübəlilərin intiqamı ağır oldu.Dünən isə komandanın tək məşqi nəzərdə tutulmuşdu. Saat 10:15-də meydançaya çıxan komanda günün tək çalışmasına 100 dəqiqə vaxt sərf edib. Öncə leysan altında 2 qrupda kvadrat oynayan komanda ardınca sürətləndirici hərəkətlər yerinə yetiriblər. Məşqin sonunda isə 3 dəfə top saxlama çalışması yerinə yetirilib.Bu günə isə komandanın 2 məşqi nəzərdə tutulub.


\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə