Rövnəq Abdullayev milli komandamızın son oyunları barədə fikirlərini bildirdi
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının son oyunları barədə fikirlərini bildirib. Siasport.az saytı AFFA prezidentinin fikirlərini nəzəriniziə çatdırır: "Qazaxıstan yığması ilə oyunun nəticəsi bütün azarkeşlər kimi, məni də məyus etdi. Bizim qələbə qazanmaq imkanımız var idi. Amma bu, futboldur. Futbolun öz qanunları var. Nəzərə almalıyıq ki, bizim komandanın səfər oyunlarında qələbəsi çox olmayıb. Futbolçularımızın səfərdə oyunları alınmır. Almaniya yığması ilə oyuna gəlincə, komandadan narazı deyiləm. Heç olmasa, mübarizə apardılar. Heç kim məğlubiyyətdən sığortalanmayıb. Amma mübarizəsiz uduzmaq başqa şeydir.Berti Foqtsun işindən razıyam. Onun milli komandada gördüyü işlər göz qabağındadır. Futbolçularımız Almaniya yığması kimi komandaya qarşı sonacan mübarizə apardılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB