\"Xəzər Lənkəran\" 1 milyonluq futbolçular alacaq?

\"Xəzər Lənkəran\" 1 milyonluq futbolçular alacaq?

\"Xəzər Lənkəran\" Meksikadan futbolçu transfer etmək istəyir. Siasport.az saytı xəbər verir ki, bu haqda Rumıniya mediası məlumat yayıb.

Rumın həmkarlarımız Mirça Redniklə əlaqə saxlayaraq, yeni transferlər haqda məlumat almaq istəyərkən onun menecerlə meksikalı futbolçu haqda söhbətləşdiyinin şahidi olublar. İddiaya görə əslən alman olan və rumın məşqçilərlə çox işləyən həmin menecer son zamanlar Braziliya, Argentina və Meksikadan futbolçuların Avropaya gətirilməsi ilə məşğul olur.

Rednik onunla əlaqə saxlayaraq braziliyalı yarımmüdafiəçi istədiyini bildirib. Menecer isə ona orta sahədə yetənəkli olan meksikalı futbolçu təklif edib.

Hazırda daha bir neçə yarımmüdafiəçinin məsələsi müzakirə olunur. Rumıniya mətbuatının yaydığı məlumat görə, Rednik Amerika qitəsindən ən azı milyon avroluq dəyəri olan iki futbolçu almaq fikrindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə