Sabah Binə Atçılıq Mərkəzində növbəti cıdır yarışları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, 4-cü cıdır günündə ümumilikdə 22 jokey və 48 at iştirak edəcək. İlk olaraq mübarizəyə 2 yaşlı Qarabağ və Dilboz Atları qoşulacaqlar. Daha sonra 3 yaşlı Axaltəkin atları yarışacaqlar. Hər iki cıdırda çaparlar 1000 metr məsafəni qət edəcəklər. Ardınca iştirakçılar 4 və ondan yuxarı yaşlı Qarabağ və Dilboz atlarında 1400 metr məsafəyə yarışda qüvvələrini sınayacaqlar. 3 yaşdan yuxarı ərəb atları, 4 yaşdan yuxarı ingilis atları və 3 yaşlı ingilis atları isə 1600 metr məsafəyə yarışlarda liderlik uğrunda mübarizə aparacaqlar. Turnirdə birinci yeri tutan idmançılar Azərbaycan Respublikası Atçılıq Federasiyasının pul mükafatlarına layiq görüləcəklər.Xatırladaq ki, cıdır yarışı iyunun 11-i saat 15:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB