Millimiz Ukrayna yığması ilə qarşılaşacaq

Millimiz Ukrayna yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyunun 15-dən 20-dək Kiyev şəhərində təlim-məşq toplanışında olacaq. Siasport.az saytı xəbər verir ki, hazırlıq prosesi çərçivəsində futbolçularımız iyunun 17-də, 18-də və 19-da Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirəcək. Millimizin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:Elvin QuliyevEmin KürdovVaqif ŞirinbəyovElnur ƏhmədovNamiq İsgəndərovRamil ƏliyevElşən HüseynovNamiq HəsənovNahid MehrəliyevƏbdül Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə