İstanbulun \"Qalatasaray\" futbol klubunun əfsənəvi futbolçularından biri kimi tarixə düşən, iki dəfə İstanbul klubunun sükanı arxasında əyləşmiş Georgi Hagi, bu gündən futbol üzrə Rumunıya milli komandasının baş məşqçisi postunu üzərinə götürüb. Siasport.az saytının əldə etdiyi ən son məlumata əsasən, Mirça Luçeskunun oglu Razvan Luçeskunun ugursuz fəaliyyətindən cana doyan Rumunıya Futbol federasiyasının rəhbərliyi, bir müddət bundan əvvəl \"Qalatasaray\" futbol klubunun baş məqşçisi postundan ugursuz şəkildə ayrılan G.Hagiyə millinin baş məşqçisi postunu tutmasını təklif edib. Federasiyanın prezidenti Mirça Sandunun təklifini qəbul edən G.Hagi, bu ay ərzində bütün texniki heyəti və köməkçilərini müəyyənləşdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB