Rusiyanın "Anji" futbol klubu, ciddi transferlər reallaşdırmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, artıq Mahaçqala təmsilçisi Hollandiyanın "PSV Endhoven" futbol klubunun macar forvardı Balaz Dzsudzsakla ilkin razılığa gələrək onu heyətinə qatıb. Məşhur braziliyalı futbolçu Roberto Karlosun da heyətində çıxış etdiyi Rusiya klubu, macar futbolçunun transferini ugurla reallaşdırıb. Macarıstanın aparıcı futbol saytları da "PSV Endhoven"in macar ulduzunun Mahaçqala "Anji"sinə keçdiyini təsdiqləyirlər. Xatırladaq ki, 2008-ci ildə Hollandiya klubuna keçən macar futbolçu, 114 qarşılaşmada 44 qol vuraraq, hazırda Avropanın ən çox qol vuran futbolçularının siyahısına daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB