Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. SIA xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dünya və Avropa çempionu 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növündə keçirilən final yarışında 222 xal toplayaraq qızıl medala sahib çıxıb. Bununla da Kamran Zeynalov Dünya Kubokunun qızıl medalını qazanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə