Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib

Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.

SİA-nın məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.

İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə