Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb
Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.
SİA xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri döünş edərək 77:68 hesablı qələbəyə sevinib.
Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan qrupda növbəti oyununu sabah Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB