Azərbaycanın 3x3 basketbol üzrə oğlan və qızlardan ibarət komandaları Belarusun paytaxtı Minskə yollanıblar.
Azərbaycan Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, yığmalar Belarusun 3x3 basketbol üzrə "Palova" Milli Liqasının II mərhələsində iştirak edəcəklər.
Bu gün start götürəcək yarış iyulun 26-dək Minsk şəhərində təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB