Gənclər və İdman Nazirliyinin 32 illiyi münasibətilə avarçəkmə üzrə tanışlıq sessiyası təşkil olunub - FOTOLAR

Gənclər və İdman Nazirliyinin 32 illiyi münasibətilə avarçəkmə üzrə tanışlıq sessiyası təşkil olunub - FOTOLAR

Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyi münasibətilə avarçəkmə idmanı ilə tanışlıq və təcrübə sessiyası təşkil olunub.

SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyi, nazirlik yanında İctimai Şura, Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini avarçəkmə idman növü ilə yaxından tanış etmək, sağlam həyat tərzini təşviq etmək və gənclər arasında idmana marağı artırmaq olub.

Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının peşəkar təlimçiləri iştirakçılara təhlükəsizlik qaydaları, avarçəkmə texnikası və qayıqlardan düzgün istifadə ilə bağlı məlumat veriblər.

Nəzəri hissədən sonra iştirakçılar su üzərində praktiki məşğələyə qoşularaq avarçəkmə təcrübəsi əldə ediblər.

Sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu təşəbbüs kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə