Minsk "Dinamo"sunun baş məşqçisi Aleksandr Şaqoyko mətbuat konfransında bəyan edib ki, "Neftçi" ilə cavab oyununda səhvləri aradan qaldırmağa çalışacaq. Mütəxəssis "Neftçi"yə 4:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qələbəyə görə şadıq. Amma optimist olmalıyıq. Cavab matçından əvvəl üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Cavab matçını gözləyəcəyik".
O, ilk dəqiqələrdə iki qol buraxdıqları üçün təəccüblənib: "Bakıya qələbə üçün gəlmişdik. Qalib gəldiyimiz üçün xoşbəxtik. Hansı kollektivlə üz-üzə gəldiyimizi bilirik. Bu gün hər şey plan üzrə getdi".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB