"Dünən dünya çempionatı başa çatdı və düşünürəm ki, kifayət qədər maraqlı turnir izlədik. Baxmayaraq ki, format əvvəlki illərlə müqayisədə bir qədər fərqli idi, ümumilikdə dinamik və baxımlı oyunların şahidi olduq".
Bunu SİA-ya açıqlamasında futbol veteranı, Avropa və dünya çempionu, UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.

Onun sözlərinə görə, müxtəlif qitələri təmsil edən komandaların futbol üslublarını izləmək də azarkeşlər üçün maraqlı idi:
"Finala iki layiqli komanda yüksəlmişdi. Həlledici oyunda gözlənildiyi qədər gərgin və dinamik mübarizə izləməsək də, hər iki komandanın finala qədər keçdiyi yol və nümayiş etdirdiyi futbol yüksək səviyyədə idi.
İspaniya millisi turnirin ən yaxşı komanda oyununu sərgilədi və tam haqq etdiyi çempionluğu qazandı. Onların əsas üstünlüyü topa nəzarət etməklə rəqibi yormaq, topu itirdikdən dərhal sonra isə yüksək presinqlə onu geri qaytarmaq idi. Bu oyun modeli təkcə finalda deyil, daha əvvəl güclü Fransa millisinə qarşı oyunda da uğurla işləmişdi. Nəticədə İspaniya tarixində ikinci dəfə dünya çempionu oldu.
Argentina millisinə gəlincə, görünən o idi ki, başda Lionel Messi olmaqla komanda fiziki baxımdan xeyli yorulmuşdu. Finala qədər keçirilən uzun və gərgin oyunlar, əlavə vaxtlar, eləcə də mövsümün sonuna təsadüf edən turnir futbolçuların fiziki hazırlığına ciddi təsir göstərmişdi. Bunun nəticəsində Argentinanın adətən nümayiş etdirdiyi oyunu finalda görə bilmədik.
Hər halda, final finaldır. İspaniya millisi bu turnirdə daha sabit və daha keyfiyyətli futbol nümayiş etdirərək tarixində ikinci dəfə dünya çempionu adını qazandı. Onları bu uğur münasibətilə təbrik etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB