DÇ-2026: Dünya çempionatının qalibi müəyyənləşir

DÇ-2026: Dünya çempionatının qalibi müəyyənləşir

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi bu gün bəlli olacaq.

SİA-nın məlumatına görə, DÇ-2026-nın final oyununda İspaniya Argentina ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

DÇ-2026

19 iyul

Final

23:00. İspaniya - Argentina

Baş hakim: Slavko Vinçiç

Nyu-York/Nyu-Cersi stadionu

Xatırladaq ki, daha əvvəl Fransanı 6:4 hesabı ilə məğlub edən İngiltərə seçməsi mundialda üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə