"Hara gedirsən, FİFA?” - Blatter dünya çempionatını "topa tutdu"...

"Hara gedirsən, FİFA?” - Blatter dünya çempionatını "topa tutdu"...

FİFA-nın sabiq prezidenti Yozef Blatter futbol üzrə dünya çempionatının final oyunu ilə bağlı narazılığını bildirib. SİA xəbər verir ki, J.Blatter özünün sosial şəbəkə hesabında DÇ-2026-nın finalının ABŞ-ın məşhur supetboul matçına (ABŞ-da Amerika futbolu üzrə Milli Futbol Liqasının final oyunu) bənzədiyini yazıb.

“Su fasilələri yalnız başlanğıc idi. Bazar günü dünya çempionatının finalı bu turnirin kulminasiya nöqtəsi olacaq və orada futbol tarixinin ən uzun fasiləsi yaşanacaq. Dünya çempionatının finalı superboulun surətinə çevrilib. Hara gedirsən, FİFA?” – deyə Blatter qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə