"Qarabağ" və "Neftçi" arasında ilk oyun VIII tura təsadüf edəcək

"Qarabağ" və "Neftçi" arasında ilk oyun VIII tura təsadüf edəcək

2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında gerçəkləşəcək ilk oyun VIII tura təsadüf edəcək.

SİA-nın məlumatına görə, bu, turnirin püşkatmasından sonra bəlli olub.

Sözügedən turda Ağdam təmsilçisi meydan sahibi olacaq.

Xatırladaq ki, Premyer Liqaya avqustun 14-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə