Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gəlib. SIA xəbər verir ki, İngiltərə "Atlanta Stadium"da son çempion Argentina ilə qarşılaşıb. Görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Skaloninin komandası əvvəlcə hesabda geri düşsə də, daha sonra 2 qol vuraraq qalib gəlib və finala yüksəlib. Beləliklə, DÇ-2026-nın finalında Argentina İspaniya ilə üz-üzə gələcək.
3-cü yer uğrunda görüşdə isə Fransa İngiltərə ilə qaşılaşacaq.
Qeyd edək ki, həlledici oyun iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB