"Barselona" ŞOKDA - bu futbolçu 4 ay yaşıl meydanlardan uzaq qalacaq...

"Barselona" ŞOKDA - bu futbolçu 4 ay yaşıl meydanlardan uzaq qalacaq...

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq ciddi zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qala bilər. Nüfuzlu "Marca" nəşrinin yazdığına görə, DÇ-2026-da çıxış edən "Barselona" futbolçularına əlavə istirahət verilsə də, Ronald Arauxo və Frenki de Yonq artıq komandanın düşərgəsinə qayıdaraq tibbi müayinədən keçiblər. Müayinə zamanı niderlandlı yarımmüdafiəçinin dizindən zədə aldığı müəyyən edilib.

Hazırda futbolçunun dəqiq diaqnozu açıqlanmayıb. De Yonq yaxın günlərdə əlavə müayinələrdən keçəcək. Bununla yanaşı, klubda futbolçunun təxminən 4 ay yaşıl meydanlardan kənarda qala biləcəyi ehtimal edilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə