Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək

Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək

Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Yarış Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq.

Beşinci dəfə təşkil ediləcək turnirdə ölkənin bütün şəhər və rayonlarından üzmək bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

"Kürü keçək?! 5" yarışı 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə