"Sabah"la oyunda ilk qolu vurmağa çalışacağıq" - Kreyq Harrison

"Sabah"la oyunda ilk qolu vurmağa çalışacağıq" - Kreyq Harrison

"Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS klubu ilə cavab matçına çıxacaq. TNS klubunun baş məşqçisi Kreyq Harrison matçdan öncə keçirilən mətbuat konfransında sabahkı oyun barədə danışıb. O qeyd edib ki, "Sabah"ın ilk oyununu analiz ediblər və lazımı nəticələr çıxarıblar.

SİTAT: "Futbolda həmişə nəsə öyrənirsən. Nəyi daha yaxşı edə biləcəyimizi analiz etdik. Məşqçilər heyəti ilə saatlarla bunun üzərində çalışmışıq. Müsbət və mənfi məqamları qeyd etmişik. Geriyə qayıdarkən yol bizim üçün yaxşı keçmədi və yolda 18-20 saat vaxt itirdik. Hava limanlarında çox gözlədik.
"Sabah" isə yəqin ki, çarter reysi ilə birbaşa gələcək. Lakin artıq o yorğunluğu geridə qoymuşuq, dincəlmişik və hazırıq. Sabah (bu gün) yalnız bəzi kiçik xatırlatmalar edib meydana çıxacaq və ilk qolu vurmağa çalışacağıq."

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə