Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb

Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o bu dəfə 25 metr standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Ruslan daha əvvəl 25 metr məsafəyə atəşaçma yarışında bütün rəqiblərini qabaqlayıb. Təsnifat mərhələsində 583 xal toplayan Lunyov birinci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə