"Dünya çempionatı çox maraqlı və gərgin mübarizə şəraitində davam edir. İndiyədək dramatik, dinamik və yüksək səviyyəli oyunların şahidi olmuşuq. Artıq turnirin həlledici mərhələsinə çatmışıq və ən güclü səkkiz komanda növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq".
Bunu SİA-ya açıqlamasında futbol veteranı, Avropa və dünya çempionu, UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.

Onun sözlərinə görə, İspaniya - Belçika qarşılaşmasına gəlincə, burada favorit kimi İspaniya millisi görünür. Komanda həm oyun üslubu, həm taktiki oturuşmuşluğu, həm də hücum xəttində nümayiş etdirdiyi rəngarəng futbolu ilə seçilir. Bununla belə, Belçikanın da bu mərhələyə qədər irəliləməsi təsadüfi deyil:
"Bəzi oyunlarda parlaq təsir bağışlamasalar da, nəticə qazanmağı bacarıblar. Buna görə də İspaniya favorit sayılsa da, onu heç də asan oyun gözləmir.
Fransa - Mərakeş qarşılaşmasında isə məncə, favorit Fransa millisidir. Oyunçu keyfiyyəti, komanda oyunu və böyük turnirlərdəki təcrübəsi baxımından Fransa hazırda çempionluğa əsas namizədlərdən biridir. Digər tərəfdən, Mərakeş bu turnirin ən xoş sürpriz komandalarından biridir və artıq göstərib ki, istənilən rəqib üçün ciddi təhlükə yarada bilər. Buna görə də Fransa üstün görünsə də, oyunun uzatma dəqiqələrinə qədər davam etməsi də mümkündür.
İngiltərə - Norveç görüşünə gəldikdə isə burada proqnoz vermək daha çətindir. İngiltərə millisi təcrübə və oyunçu potensialına görə üstün görünür. Lakin Norveç də son illərdə çox güclü nəsil formalaşdırıb. Komandanın heyətində dünya səviyyəli futbolçular var və onlar istənilən rəqibə problem yarada bilərlər. Buna baxmayaraq, mən hesab edirəm ki, İngiltərə müəyyən üstünlüyə malikdir və sonda növbəti mərhələyə yüksələcək.
Argentina - İsveçrə qarşılaşmasında isə favorit, mənim fikrimcə, Argentina millisidir. Komanda son illərdə formalaşdırdığı xarakteri və kollektiv oyunu ilə seçilir. Heyətdə Lionel Messi kimi lider futbolçunun olması Argentinanın ən böyük üstünlüklərindən biridir. Komanda bütöv şəkildə mübarizə aparır və həlledici məqamlarda Messinin fərdi ustalığından maksimum istifadə edir. Bu amillər Argentinanı favoritə çevirir.
Bununla yanaşı, İsveçrə də hər zaman nizam-intizamlı və döyüşkən oyun sərgiləyən komandadır. Baş məşqçi Murat Yakının rəhbərliyi altında komanda uzun müddətdir birlikdə çıxış edir və kifayət qədər oturuşmuş kollektiv formalaşdırıb. Buna görə də Argentinanı çətin oyun gözləyir. Lakin ümumi mənzərəyə baxdıqda hesab edirəm ki, Argentina bu mərhələni adlamağa daha yaxındır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB