"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb

"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb

"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

SİA xəbər verir ki, bu, komandanın UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Torpedo"nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qalibiyyət ölkəyə 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən "Sabah" eyni töhfəni verib.

Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqinə İngiltərə (101.852) başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə