Konfrans Liqası: "Zirə" Gürcüstan klubunu darmadağın edib -YENİLƏNİB

Konfrans Liqası: "Zirə" Gürcüstan klubunu darmadağın edib -YENİLƏNİB

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında Sumqayıtda keçirilən ilk oyun başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sumqayıt şəhər stadionunda oynanılan görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 32-ci dəqiqədə Ruan Renato açıb. Davit Volkov 47-ci dəqiqədə tablodakı rəqəmləri 2:0 edib. Matçda son nöqtəni penaltidən dublunu rəsmiləşdirən Ruan Renato qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.

20:01

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Sumqayıtda “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında ilk oyun başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş saat 20:00-da start götürüb. Matçı finlandiyalı baş hakim Yuri Hüytiya idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə