"Bütün çatışmazlıqları aradan qaldıracağıq" - Qurbanovdan AÇIQLAMA

"Bütün çatışmazlıqları aradan qaldıracağıq" - Qurbanovdan AÇIQLAMA

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İslandiyanın "Vestri" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl baş tutan mətbuat konfransında mühüm fikirlər açıqlayıb. Baş məşqçi bəyan edib ki, "Qarabağ"ın məqsədi güclü komanda formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərinin etimadını doğrultmaqdır.

SİTAT: "Mövsümə yeni başlamışıq və heyətdə müəyyən yeniliklər olduğu üçün uyğunlaşma prosesi davam edir. Hazırda bəzi çatışmayan məqamlar mövcuddur, lakin komandanın hazırlıq səviyyəsi bizi qane edir. İnanırıq ki, qarşıdakı dövrdə bütün çatışmazlıqları aradan qaldıracağıq. Məqsədimiz güclü komanda formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərimizin etimadını doğrultmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə