"Zirə" bu gün UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə başlayacaq.
SİA xəbər verir ki, Azərbaycan təmsilçisi I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunu sınağa çəkəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı finlandiyalı baş hakim Yuri Hüytiya idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB