"Neftçi" bu gün yoxlama oyununda "Partizan"la üz-üzə gələcək

"Neftçi" bu gün yoxlama oyununda "Partizan"la üz-üzə gələcək

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununa bu gün çıxacaq.

SİA-nın məlumatına görə, "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.

Bütün xəbərlər Facebook səhifəmizdə