ABŞ millisi Avstraliyaya qalib gəldi -(YENİLƏNİB)

ABŞ millisi Avstraliyaya qalib gəldi -(YENİLƏNİB)

Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib. SİA xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə