Norveçli futbolçu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçuları məlum olub. "Atletiko"nun hücumçusu Aleksandr Sorlot səsvermədə bütün rəqiblərini qabaqlayaraq həftənin oyunçusu seçilib.

Xatırladaq ki, norveçli forvard "Brügge" ilə matçda (4:1) het-trik edərək komandasının 1/8 finala yüksəlməsində əsas pay sahibi olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə