Misir millisinin futbolçusu Omar Marmuş İngiltərənin "Mançester Siti" klubundan ayrılmağı düşünür.
SİA "Transfer News Live"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu qış transfer dönəmi bitməmiş "şəhərlilər"dən ayrıla bilər.
O, Antuan Semenyonun komandaya gəlişindən sonra az forma şansı əldə etmək riski ilə üzləşib.
"Aston Villa" və "Tottenhem" oyunçu ilə maraqlanır.
Qeyd edək ki, "Mançester Siti" Omar Marmuşu ötən ilin əvvəlində Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan 75 milyon avroya alıb. O, cari mövsüm 17 oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB