“Buna görə çox şanslısınız” - İdmançı FİKRİ

“Bu gün son gündür”. Bunu SİA-ya açıqlamasında Qəbələ - Xankəndi ulturamarafon yarışının iştirakçısı türkiyəli atlet Üzeyir Söylemez deyib.

Onun sözlərinə görə, yarış günləri ərzində heç bir çətinliyi olmayıb: “Hər şey yaxşı keçdi. Təşkilatçılıq çox gözəl idi. Uıturamarafonun ən gözəl tərəfi Xankəndində finiş etməyimizdir. Bu mənim üçün çox böyük anlam kəsb edir. Burada olan hər kəs çox xoşbəxtdir. Bu günkü yolda məsafəmiz az olsa da, biraz çətindir. Fikrimcə, yarışın birincisi mən olacam. Ona görə əyləncəli şəkildə bu mübarizəyə yekun vurmaq istəyirəm”.

Söyləməz vurğulayıb ki, bu cür yarışların ənənəvi hal alması idmanın kütləvəliyinə səbəb olacaq: “Azərbaycandakı insanların idmana olan maraqları çox yaxşıdır. Sizin ölkəniz idman ölkəsidir. Buna görə çox şanslısınız”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə