Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün qrupda son matçını keçirəcək. SİA xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda Qazaxıstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).
Bütün xəbərlər Facebook səhifəmizdə