Azərbaycan millisi İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb. SİA xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda İran yığması ilə üz-üzə gəlib.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Qeyd edək ki, U-17 ilk oyunda Rusiya millisinə 0:3 hesabı ilə məğlub olmuşdu. Komanda fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstanla qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə