Misli Premyer Liqasında XXIII tura start verilib.
SIA xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matç qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.
Qolları 14-cü dəqiqədə Rafael Utziq, 36 və 65-ci dəqiqələrdə isə Salifu Suma vurublar.
Bu qələbədən sonra xallarını 42-yə çatdıran “Zirə” hazırda turnir cədvəlində üçüncü, 22 xala malik “Sumqayıt” isə yeddinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları fevralın 16-17-də oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə