“Bayer Leverkuzen”nin baş məşqçisi Xabi Alonso Bundesliqada daha bir uğura imza atıb. SİA xəbər verir ki, “aspirinlər” Almaniya çempionatının 21-ci turunda “Volfsburq”la “sülh bağlamaq”la (0:0) səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasını 27-yə çatdırıb. Alonso bununla əfsanəvi Udo Lattekə məxsus Bundesliqa rekordunu təkrarlayıb.
Lattek 1985-ci ildən 1992-ci ilə qədər 27 səfər matçında uduzmayıb. O, buna “Bavriya” və “Köln”ün “sükanı arxasında” nail olub. Alonso isə yalnız “Bayer”lə buna nail olub.
Qeyd edək ki, “Bayer” 46 xalla Bundesliqa turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Leverkuzen klubu lider “Bavriya”dan 8 xal geri qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə